• Sumqayıt hadİsələrİ

    1988-ci il fevralın 28-də İrəvan və Moskvanın xüsusi xidmət orqanları tərəfindən Sumqayıtda qanlı hadisələr törədildi. Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan Sumqayıt hadisələrinin Moskva tərəfindən təşkil olunduğunu da etiraf edib. Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da təsdiq edib. Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməyib. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 4 mindən artıq Azərbaycan türkünün əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə "ölü zona" adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 Azərbaycan türkü, 1 ləzgi öldürüldü.

    İstintaq materiallarında ixtişaşlara Azərbaycan türkü Əhməd Əhmədov və erməni Eduard Qriqoryanın rəhbərlik etdikləri bildirilirdi. Erməninin bu hadisələrə başçılıq etməsi hər şeyə aydınlıq gətirir. O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bəzi faktlara müraciət etməyə ehtiyac var.

    Zərəçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı".

    Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü".

    İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salıb".

    E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlayıb. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə Azərbaycan türkü Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal icra olundu. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı.

    Bu hadisələr məşhur deyimi bir daha təsdiq etdi: "Ermənilər üçün ən yaxşı erməni ölü ermənidir". Ermənilər ölmüş və yaxud öldürülmüş həmtayfalarından həmişə məharətlə istifadə ediblər. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışırdılar.

    Ermənilər qanlı terror aktlarını davam etdirirdilər. Martın 10-da İrəvandan cənubda Azərbaycan türklərinin yaşadıqları Mehmandar kəndinin 4 sakini qətlə yetirildi, martın 25-də Ararat rayonunun kəndlərində 100-dən artıq ev yandırıldı, əhalisi qovuldu. Ermənistanın Azərbaycan türkləri yaşayan kəndlərinə hücumlar adi hal aldı

  • sumqayıt hadİsələrİ İlə bağlı sənədlər

  • sumqayıt hadİsələrİ haqqında yazılmış kİtablar

Sumqayıt Mərkəzi Kitabxanası  | © 2012 
NIKE TENNIS CLASSIC ULTRA LEATHER,Nike Zoom KD 9,NIKE KOBE 12,ADIDAS NMD R1,Adidas Stan Smith,ADIDAS YEEZY 750 BOOST