SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

08.02.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxana 5 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş Elxan Elatlının “Qisas gecəsi” kitabının müzakirəsini keçirdi. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq Milli Qəhrəmanın qısa həyatından və şərəfli döyüş yolundan bəhs etdi. Sonra məktəbin şagirdlərindən Vəfa Quliyeva əsərin qısa məzmunu haqqında məlumat verdi. Daha sonra “Mübariz – vətənpərvər bir gəncdir”, “Mübariz – qəhrəmanlığın ən yüksək zirvəsidir” və “Romanın gənclərin hərbi vətənpərvərlik tərbiyəsində rolu” mövzuları ətrafında müzakirələr oldu. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə Almuradova, Azərbaycan dili və Ədəbiyyatı müəlliməsi Şəlalə Məmmədova, kitabxanaçı Şirin Abdullayeva, kitabxananın oxucusu Nazim Həsənov əsər haqqında öz fikirlərini bildirməklə yanaşı, əsərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində rolundan bəhs etdilər. Sonda Zemfira Mirzəyeva vurğuladı ki, Mübariz həmişə gənclərimiz üçün örnək və nümunə olacaq. Çünki Mübariz ölümüylə ruhumuzu diriltdi. Mübariz ölümüylə düşməni öldürdü, təkcə düşmən əsgərlərini öldürmədi, həm də düşmənin ruhunu öldürdü...