SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

29.01.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxanın incəsənət şöbəsində görkəmli balet ustası, xalq artisti Leyla Vəkilovanın doğum günü münasibətilə “Həyatda da, sənətdə də bənzərsiz insan” adlı tədbir keçirildi. Şöbənin müdiri Qələndərova Aidə oxuculara Leyla Vəkilovanın yaradıcılığından söhbət açaraq bildirdi ki,o uzun illər opera və balet teatrının aparıcı solisti kimi Azərbaycan milli balet sənətinin tarixində yeni bir səhifə açmışdı.Səhnədə oynadığı unudulmaz rolları yeni nəsil Azərbaycan balet ustaları üçün yaradıcılıq məktəbi,ifaçılıq örnəyinə çevrilmişdir.Sonda oxucular Leyla Vəkilovanın yaradıcılığına həsr olunmuş Yaqub Əlioğlunun “Qu quşunun nəğməsi...” kitabı ilə tanış oldular və “Balet uçuş deməkdir” adlı sənədli filmi izlədilər.