SumgaitLibrary

+994 186520087


Bacarıqlı əllər

29.01.2017-cı il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi uşaqların asudə vaxtının səmərəli təşkili ilə əlaqədar “Bacarıqlı əllər” adlı tədbir keçirildi. Tədbirdə uşaq şöbəsinin müdiri Y.Hüseynova iştirakçılara kəpənəyin kağızdan hazırlanma qaydasını göstərdi. Uşaqların hər biri öz bacarığını nümayiş etdirərək rəngli kağızlardan müxtəlif ölçülü kəpənəklər hazırladılar.Tədbirdə oxucuların müxtəlif əl işlərindən və rəsm əsərlərindən ibarət “Bizim rənglər dünyamız” adlı sərgi nümayiş olundu.