SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

22.01.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında Azərbaycan professional rəssamlıq sənətinin banisi Bəhruz Kəngərlinin 125 illik yubileyi ilə bağlı biblioqrafik xülasə keçirilmişdir. Tədbirdə 22 saylı tam orta məktəbin VB və VIIA sinif şagirdləri iştirak etdilər.Tədbirin aparıcısı kitabxananın müdiri Nailə Tağıyeva uşaqlara görkəmli rəssamın qısa, lakin mənalı və əhəmiyyətli ömür yolu haqqında məlumat verdi. Sonra Nailə Tağıyeva Bəhruz Kəngərlinin həyat və yaradıcılığından bəhs edən “Azərbaycan incəsənəti”, M.Nəcəfovun “Bəhruz Kəngərli”, K.Kərimovun “Bəhruz Kəngərli” kitabları, Ə.Quliyevin “Azərbaycan təsviri sənətinin banisi”(Mədəni həyat, №1 2012), Ü.Veysəllinin “Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi – Bəhruz Kəngərli” (Mədəni həyat, №6 2011), Z.Əliyevin “Bəhruz bəy Kəngərli fenomeni” (Ədəbiyyat qəzeti, 2016 6 fevral),R.Qasımovun “Rəssamlığın Bəhruz Kəngərli zirvəsi”(Azərbaycan, 2012 2 iyun), F.Xəlilzadənin “Qızıl fırçalı rəssam”(Azərbaycan, 2012 22 yanvar) məqalələri haqqında qısa xülasə verdi. “Sərvət” nəşriyyatında 2013-cü ildə Çingiz Fərzəliyevin layihə rəhbəri olduğu “Bəhruz Kəngərli” kitabında rəssamın yaradıcılıq emalatxanasına məxsus “Qarlı dağlar”, “Türbə”, “Məqbərə”, “Nuhun qəbri”, “Çoban sürüsü ilə”, “İki qaçqın qız”, “Naxçıvan toyu” və digər rəsm əsərləri ilə də uşaqları tanış etdi.