SumgaitLibrary

+994 186520087


İnformasiya günü

18.01.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində 20 yanvar Ümumxalq hüzn günü ilə əlaqədar “Azadlıq şəhidləri” adlı informasiya günü keçirilmişdir. Tədbir Dövlət Himni səsləndirildi. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Uşaq şöbəsinin müdiri Y.Hüseynova oxuculara Ümumxalq hüzn günü haqqında geniş məlumat verərək bildirdi ki, xalqımız 1990-cı ilin 20 yanvarında hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, çətinliklərlə üzləşməsinə baxmayaraq, azadlıq və müstəqillik uğrunda mübarizə apardığını bütün dünyaya nümayiş etdirdi.Tədbirdən sonra Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməz ruhunu yad etmək üçün Şəhidlər xiyabanı ziyarət edildi.