SumgaitLibrary

+994 186520087


Anım günü

18.01.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova1990-cı il 20 Yanvar hadisəsinin mahiyyəti,səbəbləri, günahkarları barəsində ətraflı məlumat verdi. 20 Yanvar faciəsindən bəhs edən “Qara Yanvar”sənədli filmi nümayiş olundu. 18 saylı tam orta məktəbin şagirdlərindən Əsgərxanov Ramazan, Tanrıverdi Pur, Cavadlı Nərmin, Cəfərli Aysel, Novruzov Murad, Gülməmmədova Çinarə, İsmayılov Rəşadət , Məhərrəmov Elgün və başqaları anım tədbirini öz çıxışları ilə davam etdirdilər. Tədbirin sonunda Səbinə Qasımova 20 Yanvar faciəsində şəhid olmuş soydaşlarımız haqqında yazılmış kitablar, dövri mətbuat və fotoşəkillərdən ibarət “Azadlığa gedən yolun zirvəsi” adlı sərgi haqqında da məlumat verdi.