SumgaitLibrary

+994 186520087


Səhərcik

25.12.2016-cı il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində Yeni ilin gəlişi ilə əlaqədar “Qış baba gəlib, sizə payı var...” adlı səhərcik keçirildi.Tədbirdə əvvəlcə uşaq şöbəsinin müdiri Y.Hüseynova qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik günü və yeni ilin gəlişi ilə əlaqədar bütün iştirakçıları təbrik etdi, onlara xoş arzularını bildirdi. Sonra uşaqlar həmrəylik gününə və yeni ilə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər, müxtəlif nağıl qəhrəmanlarının obrazlarını canlandırdılar. Şaxta baba və qar qızın gəlişi şənliyi daha da canlandırdı. Uşaqlar şaxta baba və qar qızla rəqs etdilər, onların söylədiyi tapmacalara cavab verdilər, yanıltmaclar, lətifələr danışdılar. Tədbir “Xoş gəlmisən təzə il” adlı sərgiyə baxışla sona yetdi.