SumgaitLibrary

+994 186520087


Diskussiya

19.12.2016-cı il tarixində S.Vurğun adına Mərkəzi Kitabxanada 5 saylı məktəbin şagirdlərinin iştirakı ilə “Məktəblilərdə düzgün tərbiyənin formalaşdırılması” adlı diskussiya keçirildi. Tədbirdə Sumqayıt şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik iş bölməsinin rəisi polkovnik leytenant Yaqub Baxşəliyev, polis baş leytenantı Şahmar Qəhrəmanov, polis leytenantı Asəm Zeynalov iştirak edirdilər. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq vurğuladı ki, mühitin təsiri nəticəsində uşaqların mənəviyyatında və hərəkətlərində yaranan qüsurları tərbiyənin köməyi ilə aradan qaldırmaq olar. Daha sonra Polis İdarəsinin əməkdaşları çıxış edərək tərbiyə ilə əlaqədar bir çox məsələlərə toxundular. Onlar vurğuladılar ki, şəxsiyyətin formalaşmasında mühit və tərbiyə amilləri həmişə dinamik, hərəkətdə və inkişafda olan amillərdir. Sonra məktəblilər tərəfindən ünvanlandırılan suallar polis idarəsinin əməkdaşları tərəfindən cavablandırıldı. Sonda videoçarx nümayiş etdirildi.