SumgaitLibrary

+994 186520087


Anım günü

08.12.2016-cı il tarixində ümummilli lider Heydər Əliyevin anim günü ilə əlaqədar Səməd Vurğun adına Mərkəzi kitabxanada Şəhər Mədəniyyət Evi,SDU və 5 saylı məktəbin iştirakı ilə ”Milli dövlətimizin qurucusu” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva acaraq iştirakcıları anım günü ilə əlaqədar məlumatlandırdi. Sonra tədbirin aparıcısı SDU-nun tarix-coğrafiya fakultəsinin tələbəsi Şamil Zeynalov ulu öndərin həyat və fəaliyyətindən bəhs etməklə vurğuladı ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Daha sonra SDU-nun tarix-coğrafiya fakultəsinin tələbəsi Fəqan Səfərəliyev Heydər Əliyevin müstəqillikdən sonrakı dövrdə fəaliyyətindən bəhs etdi. O vurğuladı ki, Heydər Əliyev siyasətinin uğurla həyata kecirilməsi müstəqilliyimizi daha da möhkəmləndirir. Şəhər Mədəniyyət Evinin hazırladığı Ümummilli liderə həsr edilmiş kompozisiya iştirakcılar tərəfindən cox böyük maraqla qarşılandı. Mərkəzi kitabxananın əməkdaşı Gülarə Məhərovanın təqdimatında Heydər Əliyev haqqında görkəmli adamların fikirləri dinlənildi. Tədbirin sonunda Heydər Əliyevə həsr edilmiş videocarx izlənildi.