SumgaitLibrary

+994 186520087


Ekskursiya

05.12.2016-cı il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində NAKO Edu club tədris mərkəzinin məktəbəqədər uşaqlarının “Sehirli kitabların yaşadığı ev“ adlı ekskursiya keçirilmişdir.Ekskursiyaya gələn balaca uşaqları ilk əvvəl nağıl qəhrəmanları Cırtdan, Göyçək Fatma və Tıq-tıq xanım qarşıladı. Sonra şöbənin müdiri Y.Hüseynova uşaqları salamladı və kitabxana haqqında məlumat verərək onları böyük və kiçik abonement, qiraət zalı, multimedia və nağıl otaqları ilə tanış etdi.Nağıl otağında Cırtdan uşaqlara “ Tıq-tıq xanım”, Göyçək Fatimə isə “Xoruzun hiyləsi” adlı nağıllarını oxudu. Daha sonra qiraət zalında Tıq-tıq xanım uşaqlarla tap-tapmaca oyunu keçirdi. ”Taya” adlı cizgi filmi nümayiş etdirildi. Sonda tədris mərkəzinin müəlliməsi Rəna xanım və valideynlər uşaqlara gözəl bir gün yaşatdıqlarına görə kitabxana əməkdaşlarına dərin təşəkkürünü bildirdilər.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid