SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

01.12.2016- cı il tarixində 1 dekabr QİÇS-ə qarşı Ümumdünya Mübarizə Günü münasibətilə Mərkəzi kitabxananın incəsənət şöbəsində tədbir keçirildi. Keçirilən tədbirdə M.Əsədov adına İTİT gimnaziyanın tibb bacısı Allahverdiyeva Aynur QİÇS haqqında oxuculara məlumat verdikdən sonra, xəstəliyə yoluxmamaq üçün nələrə əməl olunmasının vacibliyindən bəhs etdi. Sonra kitabxanaçı Məhəmmədova Sevda “HİV/İİV-lə yaşamağı öyrən” kitabı haqqında məlumat verdi və kitabdan bir neçə insanın həyat tarixçəsini oxumaqla sağlam həyat keçirməməyin necə ağır nəticələndiyini bir daha oxuculara çatdırdı. Sonda oxuculara QİÇS-lə bağlı video çarx nümayiş olundu.