SumgaitLibrary

+994 186520087


Sual-cavab gecəsi

30.11.2016-cı il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda "Biz yol hərəkəti haqqında nə bilirik?"mövzusunda tədbir kecirilmişdir. Tədbiri böyük kitabxanaçı Lazımova Bəturə açaraq tədbir iştirakçılarını salamladı. Sonra Polis baş leytenantı Qasımov Elçin iştirakçilara yol hərəkəti qaydaları haqqında geniş məlumat verdi. Tədbirdə 28 saylı orta məktəbin 7 c və 3c sinif şagirdləri iştirak etmişlər. 3c sinif şagirdlərindən Vəlibəyov Ruhid, Sadıqov Ahir, Əlizadə Ümüd, Şəfizadə Sadiq və Gülmalıyev Cavid yol hərəkəti qaydalarına həsr olunmuş şeirlər söylədilər. Sonda yol hərəkəti qaydaları haqqında video çarx göstərildi. Tədbir hamının maragına səbəb oldu.