SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

27.11.2016-cı il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində Müstəqilliyimizin 25 illiyi ilə əlaqədar “Azadlıq nəğməsi” adlı ədəbi-bədii gecə keçirilmişdir. Uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova iştirakçıları salamlayaraq sözü aparıcılara verdi. Aparıcılar Quliyeva Şəbnəm və Bayramova Rəqsanə 1991-ci il oktyabrın 18-də yekdilliklə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktından, xalqımızın uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmasından, bu gün də müstəqilliyimizin böyük sürətlə inkişaf dövrünü yaşamasından bəhs etdilər.Tədbirdə müstəqillik gününə həsr olunmuş şeirlərdən ibarət ədəbi kompozisiya, mahnılar ifa olundu. Oxucu Xələfova Şəfiqənin kamançada etüd ifa etməsi maraqla qarşılandı.