SumgaitLibrary

+994 186520087


Rəsm müsabiqəsi

18.11.2016-cı il tarixində Səməd Vurğun adına Mərkəzi kitabxananın İncəsənət şöbəsində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə “Azadlıq diyarında” adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqədə uşaqlar müstəqilliyi, azadlığı necə təsəvvür etdiklərini kağız üzərində təsvir etdilər. Münsiflərin rəsm müəllimləri Məmişova Nazimə, Abbasbəyli Kəmalə, kitabxanaçı İskəndərova Məlahətin iştirakı ilə Namazova Adilə 1-ci yerə, Hüseynova Ayla 2-ci yerə, Hacıyeva Əzizə 3-cü yerə layiq görüldülər.