SumgaitLibrary

+994 186520087


Görüş

24.04.24-cü il tarixində Gənclər kitabxanasında 5saylı tam orta məktəbin şagird və müəllim heyətinin iştirakı ilə Sumqayıt Veteranlar Təşkilatının sədri Sovet Şükürov, sədr müavini Gülnaz xanım Səfərova, “Gənclərlə iş komissiyasının sədri, əmək veteranı Məhəmməd Vəliyevlə Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə “Sumqayıt möcüzələr şəhərim” adlı görüş keçirildi.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova ilk olaraq əfsanə dolu qədim və müasir şəhərimizin tarixi, şəhərin dünəni və bu günü haqqında məlumat verərək şəhərimizin tarixindən, görkəmli şəxslərindən bəhs edən “Yaş ötdükcə gəncləşən Sumqayıt” adlı kitab sərgisi haqqında məlumat verdi. 5 saylı tam orta məktəbin şagirdlərinin Sumqayıt şəhərinə həsr olunmuş şeir ifaları, Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə Sumqayıta olan səfərlərindən, şəhərimizin inkişafı üçün göstərdiyi diqqət və qayğıdan, Sumqayıtın tarixindən,Sumqayıt hadisələrindən bəhs edən mövzularıyla tədbir davam etdi. Sonra Sumqayıt Veteranlar Təşkilatının sədri Sovet Şükürov şəhərimizin keçmişindən bu gününə qədər keçdiyi keşməkeşli mərhələlərdən danışaraq bugünki vəziyyətinə görə cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulayaraq şəhərimizin icra başçısına yaratdığı şəraitə görə təşəkkürünü bildirərək gənclərə gələcək həyatlarında uğurlar arzuladı. Daha sonra ömrünü Sumqayıtla bağlayan, onun elm, təhsil və mədəniyyətinin inkişafında öz xidmətləri olan Veteranları Təşkilatının Sumqayıt şəhər şöbəsinin müavinləri Gülnaz Səfərova və Məhəmməd Vəliyev gənclərin vətənpərvərlik tərbiyəsi, Sumqayıtın tarixini, bu gününü gənc nəslin yaddaşına həkk etdirmək istiqamətindəki tövsiyyələrini verdilər. Tədbirdə çıxış edən MKS-nin müdir müavini Natəvan xanım Axundzadə görüşdə öz dəyərli və faydalı məsləhətlərinə görə nəsillərə örnək olan, ömür yollarını Sumqayıt şəhəri ilə bağlayan qonaqlara öz təşəkkürünü bildirdi. Sonda çıxış edən 5 saylı tam orta məktəbin kitabxana müdiri Şirin Abdullayeva tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirərək Veteranlar təşkilatının üzvlərinə sağlıqlı uzun ömür arzuladı.