SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

24.04.2024-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında N.Tusi adına 12 nömrəli tam orta məktəbin 4L sinif şagirdlərinin, valideynlərin iştirakı ilə Azərbaycan ailəsinə xas dəyərlərin və sağlam həyat tərzinin təbliği, tolerantlıq mədəniyyətinin təşviqi, digər millətlərin və etnik qrupların tarixi ənənələrinin və milli dəyərlərinin qorunub saxlanması, adət-ənənəsinin öyrənilməsi və təbliği məqsədilə “Azərbaycan – doğma diyar” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının multimedia üzrə mütəxəssisi Səbinə Qasımova müxtəlif etnos və dinlərin qovuşduğu ölkəmizdə tarixən formalaşmış multikultural mühit, azsaylı xalqların dillərinin, adət-ənənələrinin, mədəniyyətlərinin qorunub saxlanmasına, inkişafına yaradılmış münbit şəraitdən, müxtəlif xalqların sülh və tolerantlıq, qarşılıqlı hörmət şəraitində yaşamalarından danışmışdır. Sonra o, tədbir iştirakçılarına “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı kitab sərgisi haqqında məlumat vermişdir. Daha sonra çıxış edənlər S.Vurğun adına MKS-nin direktor müavini Natəvan Axundzadə, Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva və 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Nuriyeva çoxmədəniyyətli dövlət olan Azərbaycanın multikulturalizm sahəsindəki siyasəti, ölkəmizdə müxtəlif millətlərə, dinlərə, adət-ənənələrə mənsub olan insanlar arasında tarixən mövcud olan mehriban münasibətlərdən danışmışlar. Tədbirin bədii hissəsində müxtəlif millətləri təmsil edən milli geyimli uşaqların azsaylı xalqların tarixi, etnik tərkibi, məskunlaşdığı məkanlar, mədəni irsi ilə bağlı məlumatlandırıcı çıxışları dinlənilmiş, onların azsaylı xalqların folklor, poeziya nümunələri, mahnı və rəqsləri əsasında hazırladıqları bir-birindən maraqlı çıxışları izlənilmişdir. Sonda tədbir iştirakçıları ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsinə aid olan kitab sərgisi, əl işləri, sənət nümunələri, mətbəxinə aid olan yemək və şirniyyatlardan ibarət sərgilər ilə yaxından tanış olmuşlar.