SumgaitLibrary

+994 186520087


Yaş ötdükcə gəncləşən Sumqayıt

23.04.24-cü il tarixində 23 aprel “Ümumdünya kitab və müəllif hüquqları günü” və Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə Gənclər kitabxanası və Laçın rayonu Cicimli kənd tam orta məktəbinin kitabxana əməkdaşları ASAN Könüllüləri Təşkilatının 2 saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə “Mütaliə mənəvi zənginlikdir” və “Yaş ötdükcə gəncləşən Sumqayıt” başlıqları altında sərgi təşkil edildi. Sərgidə klassik və müasir Azərbaycan yazarlarının, eləcə də dünya yazıçılarının əsəsrləri,Sumqayıtın tarixinə, görkəmli şəxslərinə,Prezident təqaüdçülərinə həsr olunmuş kitablar öz əksini tapmışdı.Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova “Ümumdünya kitab və müəllif hüquqları” gününün yaranması tarixi və məqsədi,həmçinin “Sumqayıtın tarixi və bu günü haqqında gələn oxuculara məlumat verərək sərgidə əks olunan kitabların xülasəsini vermişdi.