SumgaitLibrary

+994 186520087


Füzuli-530

23.04.2024-cü il tarixində Hacı Zeynalabdin qəsəbə kitabxanasında Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar tədbir keçirildi.Tədbirdə F.Cəfərov adına Laçın rayon Aşagı Cicimli kənd orta məktəbinin şagird və müəllim kollektivi iştirak edirdi.Məktəbin dil-ədəbiyyat müəllimi Yeganə Nəsibova dahi Azərbaycan ədibi M.Füzulinin yaradıcılığı haqqinda geniş məlumat verdi.Şagirdlər Füzulinin əsərlərindən ibarət kompozisiya nümayiş etdirdilər.Kitabxananın əməkdaşı"Füzuli-530"başlıqlı sərgi ilə tədbir iştirakçılarını tanış etdi.