SumgaitLibrary

+994 186520087


Anım günü

21.04.24-cü il tarixində Gənclər kitabxanasında 12 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə aprel ayında anadan olan Milli Qəhrəmanlar Tofiq Hüseynovun 70 və Albert Aqarunovun 55 illik yubileyi münasibətilə “Əbədiyaşar qəhrəmanlar” adlı anım günü keçirildi.Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbirdə çıxış edən Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova Milli Qəhrəmanlarımız Tofiq Hüseynov və Albert Aqarunovun şərəfli ömür yolu haqqında danışaraq, onların həyat yolunu əks etdirən kitab və fotoşəkillərdən ibarət “Tarix qəhrəmanlığı unutmur” adlı sərgi haqqında məlumat verdi. Tədbir qəhrəmanların həyat və döyüş yolundan bəhs edən videoçarxların izlənilməsi ilə davam etdi. Sonra 12 saylı tam orta məktəbin kitabxana müdiri Fəridə Həsənova tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirdi. Sonda məktəbin şagirdləri qəhrəmanlara həsr olunmuş sərgi ilə yaxından tanış oldular.