SumgaitLibrary

+994 186520087


Kitab təqdimatı

18.04.2024-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibətilə N.Tusi adına 12 nömrəli tam orta məktəbin 8B sinif şagirdlərinin iştirakı ilə tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcovanın “Azərbaycanın qayaüstü incəsənət dünyası” kitabının təqdimatı keçirilmişdir. Kitabxananın multimedia üzrə böyük mütəxəssisi Nəzakət Əliyeva insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək məqsədilə keçirilən bu günün təsis tarixi və əhəmiyyəti haqqında qısa məlumat verdikdən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan sözügedən kitab haqqında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycan, ingilis və rus dillərində nəşr edilən kitabda ölkəmizin ərazisində yerləşən qayaüstü incəsənət abidələrinin kəşfi, öyrənilməsi, qayaüstü təsvirlərin işlənmə texnikası ilə bağlı dəyərli təhlillər diqqəti cəlb edir. Həmçinin, Qobustan, Abşeron-Qala kəndi, Gəmiqaya və Kəlbəcərdə qayaüstü incəsənət abidələrinin muzeyləşdirilməsi və onlardan turizm sahəsində istifadə məsələləri kitabda geniş şərh olunur.  Məktəblilərin kitabla yaxından tanışlığından sonra tədbir “Təsvirli qayaların tarix salnaməsi” adlı videoçarxın nümayişi ilə davam etmişdir. İzlənilmiş videoçarxdan sonra Nəzakət Əliyeva məktəbliləri mövzu ilə bağlı sual-cavab etmiş, “Hər daşın altında bir tarix yatır” sərgisində nümayiş edilən kitabların qısa xülasəsini vermişdir. Sonda12 nömrəli tam orta məktəbin tarix müəllimi Vüsalə Cəbrayılova Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Kəlbəcər rayonunun qayaüstü rəsmləri,tarixi abidələri haqqında məlumat vermiş və tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirmişdir.