SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

17.04.2024-cü il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Abonement bölməsi tərəfindən 15 nömrəli məktəbdə aprel ayında doğulan Milli Qəhrəmanlara həsr olunmuş informasiya saatı keçirilib.Tədbirə başlamamışdan öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərə aprel ayında doğulan Milli Qəhrəmanlar haqqında geniş məlumat verildi.Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə baş tutan tədbiri Mərkəzi Kitabxananın əməkdaşı Seyidnurova Xəyalə açaraq məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkilinin onların təhsildə uğur qazanmasına, vicdanlı bir vətəndaş, dəyərli övlad kimi yetişməsinə xidmət etdiyini vurğulayıb. Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zemfira Mustafayeva çıxış edərək şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətlərinin də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçası olduğunu qeyd edib. Qadın Resurs Mərkəzinin rəhbəri Günel Ələkbərova bu mövzu ilə əlaqədar hazırladığı layihəni iştirakçılara təqdim edib. Sumqayıt şəhər MKS-nin direktor müavini Natəvan Axundzadə öz çıxışında asudə vaxtın səmərəli təşkilində mütaliənin rolundan bəhs edib. Sonda məktəbin direktor müavini Zeynəb Seyidova tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.