SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

16.04.2024-cü il tarixində S.Vurğun adına Mərkəzi Kitabxana, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə Hacı Zeynalabdin qəsəbəsində yerləşən 40 nömrəli tam orta məktəbdə "Məktəblilər arasında asudə vaxtın səmərəli təşkili" adlı informasiya saatı keçirilib.Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə baş tutan tədbiri Mərkəzi Kitabxananın əməkdaşı Seyidnurova Xəyalə açaraq məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkilinin onların təhsildə uğur qazanmasına, vicdanlı bir vətəndaş, dəyərli övlad kimi yetişməsinə xidmət etdiyini vurğulayıb. Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zemfira Mustafayeva çıxış edərək şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətlərinin də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçası olduğunu qeyd edib. Qadın Resurs Mərkəzinin rəhbəri Günel Ələkbərova bu mövzu ilə əlaqədar hazırladığı layihəni iştirakçılara təqdim edib. Sumqayıt şəhər MKS-nin direktor müavini Natəvan Axundzadə öz çıxışında asudə vaxtın səmərəli təşkilində mütaliənin rolundan bəhs edib. Sonda məktəbin direktor müavini Zeynəb Seyidova tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.