SumgaitLibrary

+994 186520087


Anım günü

15.04.2024-cü il tarixində Nizamı Gəncəvi adına Kitabxana Klubda aprel şəhidi Məmmədov Murad, birinci Qarabağ müharibəsi şəhidləri Mahmudov Rövşən,İsmayılov Aslan,Sultanov Vaqifin anım günlərinə həsr olunan tədbir keçirilib.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Kitabxananın əməkdaşı Mətanət Hacıyeva anım günü olan şəhidlərimizin həyatı,döyüş yolu,göstərdikləri şucaət haqqında məlumat verib. Sonra kitabxanada təşkil olunan “Qarabağ Azərbaycandır” başlıqlı sərgi haqqında məlumat verilib.Sonda şəhidlərimizə həsr olunan videoçarx nümayiş olunub.