SumgaitLibrary

+994 186520087


Ucadan oxu

13.04.2024-cü il tarixində Mərkəzi Uşaq Kitabxanası əməkdaşları N.Tusi adına 12 saylı tam orta məktəbdə 1B sinif şagirdlərinin iştirakı ilə uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, nəğməkar şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllibovun “Əbədi mahnı” seçilmiş əsərləri toplusu əsasında ucadan oxu təşkil etmişlər. Tədbiri giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının multimedia üzrə mütəxəssisi Qənimyə Baqişova ilk olaraq uşaqlara şair-publisist Tofiq Mütəllibovun həyat və yaradıcılığından danışmış, onun “Görüş”, “Şeirlər”, “Bəxtiyar balalar”, “Gözəllikdən doymur ürək”, “Sənin xətrinə”, “Danışan çiçəklər”, “Mənim əzizlərim” və digər 30-a yaxın kitabın müəllifi kimi şöhrət qazandığını vurğulamışdır. Sonra Qənimyə Baqişova mərhum şairin kitabxana fonduna yeni daxil olmuş “Əbədi mahnı” kitabı haqqında ətraflı məlumat vermiş, birincilərin iştirakı ilə müəllifin sözügedən kitabından Vətənin əsrarəngiz təbiət gözəlliklərinin tərənnümündən, ecazkar uşaq dünyasından bəhs edən şeirlərini oxumuşdur.  Tədbirdə çıxış edən ibtidailərin sinif rəhbəri İlhamə Axundzadə və məktəbin kitabxana müdiri Fəridə Həsənova “Cücələrim” mahnısı ilə mədəniyyət tariximizdə ədəbi iz qoymuş şairin rəngarəng poeziyasından söhbət açmışlar.