SumgaitLibrary

+994 186520087


Ekskursiya

16.03.2024-cü il tarixində Xocavənd rayon Əmralılar kənd orta məktəbin şagird və müəllim kollektivi S.Vurğun adına Mərkəzi Kitabxanaya ekskursiya ediblər. Kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında məlumat veriblər. Ekskursiya zamanı məktəblilər kitabxanada təşkil edilən sərgilərlə tanış olublar. Ekskursiyanın təşkil edilməsində məqsəd məktəblilərdə kitaba maraq yaratmaq, mütaliəyə həvəsləndirməkdən ibarət olub.