SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

13.03.2024-cü il tarixində Gənclər kitabxanasında Azərbaycanın görkəmli aktyoru, SSR xalq artisti Lütfəli Abdullayevin 110 illik yubileyi münasibətilə “Güldürən ciddi adam” adlı şifahi məlumatlandırılma keçirildi.Gənclər kitabxanasının böyük mütəxəssisi Rəhilə Bağırova tanınmış aktyorun həyatı və fəaliyyəti haqqında məlumat verərək qeyd etdi ki, aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə "SSRİ Dövlət mükafatı"na layiq görülüb. Lütfəli Abdullayev həmçinin "Əhməd haradadır" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefçilov) filmlərinə çəkilib. Sonra Lütfəli Abdullayevin həyat və fəaliyyətindən bəhs edən “Məxmər pərdələr arxasında yaşanan həyat” adlı sərgidə əks olunan kitablar haqqında məlumat verdi.