SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

10.02.24-cü il tarixində Gənclər kitabxanasında Azərbaycan ədəbiyyatında realizmin görkəmli nümayəndəsi,realist satiranın banisi Qasım bəy Zakirin 240 illik yubileyi ilə əlaqədar “Satirik şeirimizin bayraqdarı” adlı informasiya saatı keçirildi.Tədbirdə kitabxananın böyük mütəxəssisi Rəhilə Bağırova Qasım bəy Zakirin həyatı və yaradıcılığı haqqında danışarq qeyd etdi ki, Qasım bəy Zakir Qarabağın məşhur Cavanşirovlar nəslinə mənsubdur. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır. Şairin lirik şeirləri dillər əzbəridir. Ən gözəl lirik nümunələrindən biri də "Durnalar" qoşmasıdır. Qoşmada Vətən sevgisi, Vətən həsrəti ifadə olunur.Sonra Qasım bəy Zakirin kitablarının əks olunduğu sərgi haqqında məlumat verdi.Sonda iştirakçılar sərgidə əks olunan kitablarla yaxından tanış oldular.