SumgaitLibrary

+994 186520087


“Birlikdə oxuyaq, birlikdə öyrənək”

10.02.2024-cü il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar “Birlikdə oxuyaq, birlikdə öyrənək” adlı Oxucu Günü keçirilib. Tədbiri kitabxanaının böyük mütəxəssisi Şərəf Əliyeva açıq elan edərək bildirib ki, əsas məqsəd gənc nəsildə mütaliə marağının artırılması, onlara kitabların sevdirilməsidir. Vurğulanıb ki, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan çox asılıdır. Diqqətə çatdırılıb ki, bu cür tədbirlərin keçirilməsi sağlam əqidəli, güclü iradəli və mənəviyyatlı gənclər yetişdirməkdə, onların milli-mənlik şüurunun inkişafına və vətənpərvərlik hisslərinin artmasına böyük təsir göstərir. Şərəf Əliyeva gənclərə həmçinin kitabxana fondunda yer alan, eyni zamanda kitabxanaya yeni daxil olmuş ədəbiyyatlar barədə ətraflı məlumat verib, həmçinin gənclərin son zamanlarda oxuduqları ədəbiyyatlar və çıxardıqları nəticələr barədə fikirləri dinlənilib.