SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

08.02.24-cü il tarixində Gənclər kitabxanasının əməkdaşları 5 nömrəli tam orta məktəbdə Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadənin 155 illik yubileyi ilə əlaqədar “Anamın kitabı” əsərinin müzakirəsini keçirdi. Tədbirin aparıcısı Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova görkəmli ədib,kiçik heyayənin böyük ustadı olan Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı haqqında məlumat verərək “Bizim yubilyarlar” adlı kitab sərgisində əks olunan Cəlim Məmmədquluzadənin əsərləri,eyni zamanda onun haqqında yazılan kitabların xülasəsini verdi. Tədbir 5 nömrəli tam orta məktəbin 8ç və 10b sinif şagirdlərinin “Anamın kitabı” əsərinin müzakirəsi ilə davam etdi. Öncə əsərin qısa məzmunu şagirdlər tərəfindən danışıldı.Sonra tədbir suallar ətrafında müzakirələrlə davam etdi. Sonda çıxış edən 5 saylı tam orta məktəbin kitabxana müdiri Şirin Abdullayeva Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbi-ictimai fikir tarixində sözün geniş mənasında milli istiqlal,demokratiya və Vətən azadlığı uğrunda mübarizənin ön cərgəsində dayandığını vurğuladı. Onun yaradıcılığı gələn hər yeni nəsil üçün müstəqillik,azərbaycançılıq,milillik və vətəndaşlıq tərbiyəsi məktəbi olduğunu bildirdi.