SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

08.02.2024-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayon 5 nömrəli tam orta məktəbinin 6B sinif şagirdlərinin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi münasibətilə “Cəlil Məmmədquluzadə irsinin kino təcəssümü” adlı ədəbiyyat saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia üzrə mütəxəssisi Qənimyə Baqişova yazıçının həyat və yaradıcılığı, yaratdığı “Molla Nəsrəddin” satirik jurnalının cəmiyyətin maariflənməsində oynadığı böyük rolu, dahi sənətkarın həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən rəngarəng obrazlar qalereyasının kinoda təcəssümü, eləcə də yubilyarın ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat vermişdir. Sonra o, iştirakçılara Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən “Böyük amallar carçısı” adlı kitab sərgisi üzrə xülasə vermişdir. Sonra çıxış edənlər Zəngilan rayon 5 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Gülnar Tahirova və Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva Ümummilli Lider Heydər Əliyevin böyük dramaturqun yaradıcılığına göstərdiyi diqqətdən, Cəlil Məmmədquluzadə yaradıcılığında öz əksini tapan milli-mənəvi dəyərlərdən, onun ana dilinin saflığı uğrunda apardığı mübarizədən danışmışlar. İştirakçılar ədibin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayişindən sonra onun “Poçt qutusu” və “Pirverdinin xoruzu” hekayələri əsasında çəkilmiş filmləri izləmişlər.