SumgaitLibrary

+994 186520087


“Bir xatirə kitabına bənzər ömrümüz”

05.02.2024-cü il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda fevralda anadan olmuş şəhidlər Azərbaycanın Milli Qəhrəmanları Bəylər Ağayev, Şahin Tağıyev və Faiq Qasımova həsr olunan “Bir xatirə kitabına bənzər ömrümüz” adlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın əməkdaşı Məhparə Bağırova anım günü olan qəhrəmanlarımızın həyatı, döyüş yolu haqqında məlumat verib, Vətən uğrunda göstərdikləri şücaətdən danışıb. Qəhrəmanlarımıza həsr olunan videoçarx nümayiş olunb və “Qarabağ Azərbaycandır” başlıqlı sərgi haqqında məlumat verilib.