SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

03.02.2024-cü il tarixində Gənclər kitabxanasında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi münasibətilə 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “İstiqlal mücadiləmizin parlaq siması” adlı oxucu konfransı keçirildi. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın və Azərbaycanın müstəqilliyi naminə mücadilə etmiş dövlət xadimlərinin ruhunun bir dəqiqəqlik sükutla yad edilməsi ilə başlandı.Tədbirin aparıcısı Gənclər kitabxanasının müdiri Leyla Mahmudova Məhəmməd Əmin Rəsulzadənin həyatı,ictimai-siyasi fəaliyyəti haqqında məlumat verərək “İstiqlal carçısı Məhəmməd Əmin Rəsulzadə” adlı sərgidə əks olunan kitabların xülasəsini verdi.Tədbir “İnsanlara hüriyyət,millətlərə istiqlal” adlı videoçarxın izlənilməsi ilə davam etdi. Tədbirdə çıxış edən 1 saylı tam orta məktəbin tarix müəllimi Pakizə Babayevə tarixi faktlarla Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti,Cümhuriyyətin yaranması və süqutu haqqında ətraflı məlumat verdi.Sonra tədbir şagirdlərin Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr olunmuş çıxışları ilə davam etdi. Daha sonra çıxış edən 1 saylı tam orta məktəbin uşaq birliyi rəhbəri Püstə Mustafayeva,Gənclər kitabxanasının müdiri Leyla Mahmudova Azərbaycan tarixində ilklərə imza atan Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin azadlıq mücadiləsi haqqında çıxış edən şagirdlərə təşəkkürünü bildirərək,onun daim ehtiramla yad ediləcəyini vurğuladılar. Sonda tədbir iştirakçıları Məhəmməd Əmin Rəsulzadənin 1953-cü ildə Amerikanın səsi ilə Azərbaycan xalqına müraciətini videoçarx vasitəsilə dinlədilər.