SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

02.02.2024-cü il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 2 Fevral Gənclər günü ilə əlaqədar “Ölkəmizin sabahı etibarlı əllərdədir” adlı dəyirmi masa keçirilib. İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Kitabxananın böyük mütəxəssisi Ayna Sadıxova bu günün yaranma tarixindən danışaraq gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bu gün bu siyasəti layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin gənclərə xüsusi qayğı göstərdiyini, gənclərlə gələcəyimizin etibarlı əllərdə olmasına əmin olduğuna inanmasını da qeyd edib. Gənc oxucular öz fikirlərini bölüşərək çıxışlar ediblər. Sonda mövzu ilə əlaqədar videoçarx izlənilib, “Bayrağımızı zirvəyə ucaldan gənclərimiz" başlıqlı sərgi haqqında məlumat verilib.