SumgaitLibrary

+994 186520087


"Güney istiqlalının nəğməkarı"

02.02.2024-cü il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları tərəfindən 5 nömrəli tam orta məktəbdə Əli Tudənin 100 illik yubileyi ilə əlaqədar "Güney istiqlalının nəğməkarı" adlı dəyirmi masa keçirilib.Tədbirdə 5 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın əməkdaşı Seyidnurova Xəyalə açaraq, Əli Tudənin həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verdi. O vurğuladı ki, Əli Tudə müasir Azərbaycan şeirinin yaradıcılarından biridir.Şair Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. Vətənin birliyi, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınmışdır.Daha sonra Əli Tudəyə həsr edilmiş “Əli Tudə 100” başlıqları altında təşkil olunmuş sərgidə şagirdlərə kitablar haqqında ətraflı məlumat verməklə yanaşı onları maraqlandıran suallar da cavablandırılıb.