SumgaitLibrary

+994 186520087


"Azərbaycan gəncliyi bu gün”

02.02.2024-cü il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialında Sumqayıt Dövlət Universiteti TGT kitab klubunun üzvlərinin iştirakı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş "Azərbaycan gəncliyi bu gün” adlı maarifləndirmə saatı keçirilib. Giriş sözü ilə kitabxananın multimedia mütəxəssisi Leyla Hüseynova tədbiri açıq elan edərək bildirib ki, əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb.