SumgaitLibrary

+994 186520087


Ekskursiya

01.02.2024-cü il tarixində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşları və əlilliyi olan şəxslər, Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanaya ekskursiya ediblər. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Axundzadə Natəvan, Sosial psixoloji Reabilitasiya şöbəsinin əməkdaşı Mehdiyev Sevindik müəllimi və mərkəzin əməkdaşlarını salamlayaraq onlara kitabxana haqqında, kitabxana xidməti, abonement şöbəsi, oxu zalı, kitabxananın fondu, şöbələri və kitabxanada təşkil olunan sərgilər haqqında məlumat verdi. Kitabxana ilə tanışlıq onlarda xoş təəssürat yaratdı. Reabilitasiya mərkəzinin üzvləri kitabxana ilə əməkdaşlığın davamlı olmasını arzuladılar. Sonda xatirə şəkilləri çəkildi.