SumgaitLibrary

+994 186520087


Diskussiya

01.02.24-cü il tarixində Gənclər kitabxanasında Sumqayıt Gənclər evinin əməkdaşları və könüllüləri ilə birgə “2 fevral Gənclər günü” ilə əlaqədar diskussiya keçirildi.Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbirin aparıcısı Gənclər kitabxanasının müdiri Leyla Mahmudova bu günün yaranma tarixindən danışaraq gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq bu gün də bu siyasəti layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərdiyini, verdiyi sərəncamlarla gənclərin sosial rifahını yaxşılaşdırdığını qeyd edərək “Dəmir yumruq və Azərbaycan gəncliyi” adlı kitab sərgisi haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin gənclərlə olan görüşlərindən, çıxışlarından bəhs edən videorolik izlənildi. Tədbir monitor vasitəsilə gənclərə ünvanlanan suallarla davam etdi. “Böyüməyə tələsirsiz?”, Siz gəncləri böyüklərdən fərqləndirən əsas cəhət nədir? Özünüz barədə nəyi dəyişərdiniz? İstədiyiniz həyatı qurmağa imkanınız varmı? Sizə nə mane olur? və bu kimi suallar ətrafında müzakirələr aparıldı. Sonda isə Gənclər kitabxanasının müdiri Leyla Mahmudova Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərə bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edib,Vətənimizin inkişafı üçün səylə çalışaraq uğurlar əldə etməyi arzuladı.