SumgaitLibrary

+994 186520087


Maarifləndirmə saatı

29.01.2024-cü il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda M.Ə.Rəsulzadənin 140 illik yubileyi münasibəti ilə "Azadlıq və istiqlaliyyət" adlı maarifləndirmə saatı keçirilib.Kitabxananın multimedia mütəxəssisi Leyla Hüseynova, M.Ə.Rəsulzadənin həyat və yaradıçılığından bəhs edib, "İnsanlara hüriyyət, millətlərə istiqlal” adlı sərgidəki ədəbiyyatlar haqqında oxuculara geniş məlumat verib. Qeyd olunub ki, M.Ə.Rəsulzadə ömrünün sonunadək öz məsləkinə, ali məqsədinə, məfkurəsinə sadiq qalmış, Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda İstiqlal mübarizəsini davam etdirmişdir.