SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

27.01.2024-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında 18 nömrəli tam orta məktəbin 8A sinif şagirdlərinin iştirakı ilə görkəmli şəxsiyyət və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi münasibətilə “Vətən yolunda məşəl tək yanan ürək” adlı dəyirmi masa keçirilmişdir.Tədbiri giriş süzü ilə açan kitabxananın multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova bugünkü tədbirin Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında ” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrasından irəli gələrək keçirildiyini xatırlatmış və Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcıları ilə bağlı bir sıra sərəncamların imzalandığını diqqətə çatdırmışdır. Daha sonra Səbinə Qasımova M.Ə.Rəsulzadənin çoxcəhətli fəaliyyəti, mübarizəsi və ideyaları haqqında məlumat vermişdir. Tədbir Cümhuriyyət dövründə M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki, maarif, elm, xeyriyyə, mədəni quruculuq məsələlərindəki danılmaz rolu haqqında söylənilən fikirlər ilə davam etmişdir. Sonra Azərbaycan dövlətinə, azərbaycançılıq ideyalına sədaqətlə xidmət etmiş, mühacirətdə müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmış görkəmli siyasi xadimin keşməkeşli ömür yolundan bəhs edən sənədli film izlənilmişdir. Tədbir M.Ə.Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsindən və ona həsr edilən kitablardan ibarət sərgiyə baxışla yekunlaşmışdır.