SumgaitLibrary

+994 186520087


Yubiley gecəsi

28.01.2024-cü il il tarixində Sumqayıt şəhər Mərkəzi kitabxanasında AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin yubiley gecəsi keçirildi. Öncə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Moderatorlar yazıçı Hafiz Ataxanlı və Sumqayıt MKS in direktor əvəzi Natəvan Axundzadə Gülnarə Cəmaləddinin yaradıcılığından maraqlı detalları vurğuladılar. Sonra təbrik üçün Sumqayıt şəhər icra hakimiyyətinin məsul işçisi Fərman Kazımov şəhər icra hakimiyyəti başçısının imzaladığı Diplomu yubilyara təqdim etdi. Təbrik üçün gələn qonaqlardan AYB nin katibi,Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB katibi Səlim Babullaoğlu çıxış edərək Sumqayıt bölməsinin inkişafındakı xidmətindən danışdılar və yubilyara AYB-nin sədri yazıçı Anar müəllimin adından Diplom təqdim olundu. Əməkdar artistlər İzaməddin Bağırov,Cəlal Məmmədov, Nizami Gəncəvi adına kitabxana- klububun oxucuları G. Cəmaləddinin şeirlərini söylədilər. Sumqayıt MKS uşaq bölməsinin müdiri Yeganə Hüseynovanın hazırladığı yumoristik səhnə də maraqla qarşılandı. Şəhər icra hakimiyyəti yanında İctimai Şuranın sədri, yazıçı Hümbət Qüliyev, Axund Hacı Rauf, professor Rafiq Yusifoğlu, professor Turan İbrahimov, Sumqaylt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, rejissor Etibar Bənnayev, şair Kəmalə Abıyeva, tənqidçi Bəsti Əlibəylinin təbriklərindən sonra Rövşən Nicatın ifasında G. Cəmaləddinin şeirlərinə bəstələdiyi mahnılar səsləndirildi. Mahmud Qaşqari Fondunun mükafat komissiyasının üzvü, şair İbrahim İlyaslı Gülnarə xanıma fondun mükafatını təqdim etdi. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar isə yubilyarı qurumun adından Diplomla təltif etdi. Monitordan Türkiyəli dostların təbrikləri verildi Ünlü qələm adamları Fethi Akın,Fethat Livaneli,Çinar Arıkan,Fatma Arıkan və Mustafa Doğan Gülnarə xanımın Azərbaycan- Türkiyə ədəbi- mədəni əlaqələrinin inkişafındakı xidmətlərindən danışdılar. Gülnarə xanımın ustadı, şair Zirəddin Qafarlı isə çıxışında bu günkü səmimi tədbiri,əslində Gülnarə xanıma olan sevginin təzahürü kimi qiymətləndirdi. Həmçinin Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova təbriklərə qoşuldu. Son olaraq Gülnarə Cəmaləddin təşəbbüsə görə yazıçı, ssenarist Hafiz Ataxanlıya, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə və bu təklifə dəstək olan Abşeron -Xızı Regional Mədəniyyət İdarəsinə, Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.