SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

25.01.202-cü il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları tərəfindən 5 nömrəli tam orta məktəbdə M.Ə.Rəsulzadənin 140 illiyi ilə əlaqədar "İstiqlal mücadiləmizin parlaq siması" adlı informasiya saatı keçirilib.Tədbirdə 5 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın əməkdaşı Seyidnurova Xəyalə açaraq, Məmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verdi. Daha sonra Mərkəzi kitabxananın əməkdaşı Məhərova Gülarə Məmməd Əmin Rəsulzadənin kitablarının biblioqrafiq xülasə verdi.