SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
“Xalqımızı şərəf kürsüsünə qaldıran qəhrəmanlıq”
27.09.2023-cü il tarixində Gənclər kitabxanasında “Xalqımızı şərəf kürsüsünə qaldıran qəhrəmanlıq” adlı xatirə günü keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.Tədbirin aparıcısı Gənclər kitabxanasının müdir vəzifəsini müvəqqəti idarə edən Leyla Mahmudova Azərbaycanın keşməkeşli tarixi, I Qarabağ müharibəsi,şanlı qələbəmizə, zəfərə aparan 44 günlük Vətən müharibəsi haqqında danışaraq qeyd etdi ki,27 sentyabr əzəli Azərbaycan torpaqlarını işğaldan azad etmək, iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü dediyi şərəfli bir tarixdir.Bu tarixi yazan igid, qəhrəman oğullarımızı daim ehtiramla yad edir, unutdurmuruq.Sonra qəhrəmanlarımız haqqında yazılmış kitab və jurnallardan ibarət “Vətən müharibəsi – anım günü” adlı sərgi-guşə haqqında məlumat verdi.Tədbir tarixi günü əks etdirən videoçarxın izlənilməsi ilə davam etdi. Laçın rayonu M.İsmayılov adına Cicimli kənd orta məktəbinin, N.Tusi adına 12 saylı tam orta məktəbin 9b sinif şagirdlərinin ifasında vətənə, qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirildi. Tədbirin sonunda M.İsmayılov adına Laçın rayonu Cicimli kənd tam orta məktəbinin kitabxana müdiri İlhamə Məmmədova, 12 saylı tam orta məktəbin kitabxana müdiri Fəridə Həsənova qələbə sevincini bizə yaşatdıqlarına görə müzəffər ordumuzun qəhrəman oğullarına təşəkkürünü bildirərək şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək tədbirin təşkilinə görə kitabxan əməkdaşlarına təşəkkürünü bildirdilər. Tədbir vətənpərvər ruhlu mahnıların sədaları altında yekunlaşdı.