SumgaitLibrary

+994 186520087


"Tarixə yazılan 44 gün"

27.09.2023-cü il tarixində Hacı Zeynalabdin qəsəbə kitabxana filialı tərəfindən 58 nömrəli uşaq bağçası ilə birgə 27 Sentyabr Anım günü ilə bağlı "Tarixə yazılan 44 gün" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra torpaqlarımız uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Balaca balalar Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, rəqslər nümayiş etdirdilər.Tədbir iştirakçıları "Qarabağ Azərbaycandır" başlıqlı kitab sərgisi ilə tanış oldular.