SumgaitLibrary

+994 186520087


“Biz tarix olanlar deyil tarix yazanlarıq”

26.09.2023-cü il tarixində Sumqayıtb şəhər M.Ə.Sabir adına kitabxana filialda 39 nömrəli tam orta məktəbin 7 d sinif şagirdlərinin iştirakı ilə 27 sentyabr Anım günü ilə əlaqədar “Biz tarix olanlar deyil tarix yazanlarıq”adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Multimedia mütəxəssisi Nəzakət Əhmədova 2020 - ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başlaması və 44 günlük müharibənin qısa tarixi haqqında məlumat verib. O, qeyd edib ki, Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaəti yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutulur. Daha sonra şagirdlər "Hər şəhid bir zirvədir" başlıqlı sərgi ilə tanış olublar, onların ifasında şəhidlərə həsr edilmiş şeirlər səsləndirilib. Sonda iştirakçılarla xatirə şəkili çəkilib.