SumgaitLibrary

+994 186520087


“Zəfərə gedən yol”

26.09.2023-cü il tarixində Sumqayıtb şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin 9 c sinif şagirdlərinin iştirakı ilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Böyük mütəxəssis Səadət Allahverdiyeva 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başlaması və 44 günlük müharibənin qısa tarixi haqqında məlumat verib və "Qarabağ Azərbaycandır" başlıqlı sərgi ilə şagirdləri tanış edib. Şagirdlər də çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.Məktəbin müəllimi Rəna Əhmədova 27 sentyabr tarixindən qələbə günümüzə qədər ordumuzun göstərdiyi şücaətlərdən bəhs edib.Sonda iştirakçılarla xatirə şəkli çəkilib.