SumgaitLibrary

+994 186520087


Tariximizin dönüş nöqtəsi

26.09.2023-cü il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları Vətən müharibəsinin başlanmasının 3-cü ildönümü ilə əlaqədar olaraq şəhid Anar Şükürov adına 25 nömrəli tam orta məktəbdə “27 sentyabr – Tariximizin dönüş nöqtəsi” adlı anım günü keçirdi. Tədbiri kitabxananın əməkdaşı Məhəmmədova Sevda açaraq müharibələrin bəşəriyyətə vurduğu ziyandan, ağrı-acılarından söhbət açdı. Şəhidlərin xatirəsi yad edildikdən sonra məktəbin tarix müəllimləri Şəhla Məmmədova, Nuridə Əhmədova mövzu ilə bağlı çıxışlar etdilər. Mərkəzi kitabxananın mültimedia mütəxəssisi Leyla Bağırova “Qarabağ Azərbaycandır” adlı sərginin xülasəsini verdi. Tədbir kitabxananın əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şairə Gülnar Ümidin ifasında səslənən şeirlə başa çatdı