SumgaitLibrary

+994 186520087


Mövzu gecəsi

11.09.2023-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında bir qrup fəal oxucuların iştirakı ilə görkəmli bəstəkar, Xalq artisti, Arif Məlikovun anadan olmasının 90 illik yubileyi münasibətilə “Arif Məlikovun sənət əfsanəsi” adlı mövzu gecəsi keçirilmişdir. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Qənimyə Baqişova Arif Məlikovun həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söhbət açmış, bəstəkara dünya şöhrəti qazandırmış “Məhəbbət əfsanəsi” baleti haqqında qısa məlumat vermişdir. O, musiqinin ən müxtəlif janrlarında bəstələri olan Arif Məlikovun baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirdiyini bildirmiş, sonda dahi bəstəkarın haqqında yazılan kitablar və dövri mətbuat materialları ilə iştirakçıları tanış etmişdir. Tədbirdə əsərləri misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuş Arif Məlikovun həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş olunmuş, “Azərbaycan”, “Gəl bizim dağlara”, “Güllər”kimi unudulmaz mahnıları dinlənilmişdir.