SumgaitLibrary

+994 186520087


“Yayı kitabla keçirək”

09.09.2023-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında “Yayı kitabla keçirək” ədəbi marafonu əsasında keçirilən tədbirlərinyekunlaşdırılması məqsədilə Nako Edu Klub Tədris Mərkəzinin şagird, müəllim və valideyn kollektivinin iştirakı ilə bağlanış tədbiri keçirilmişdir. Tədbirdə Mərkəzi Uşaq Kitabxanasının multimedia üzrə baş mütəxəssis Səbinə Qasımova marafonun əsas məqsədi, keçirilən tədbirlər və əldə edilən nəticələr haqqında məlumat vermiş, uşaqları rəngarəng dizaynı, maraqlı və zəngin mətnləri ilə diqqəti cəlb edən yeni uşaq nəşrləri ilə tanış etmişdir. Sonra uşaqlar kitabxana əməkdaşlarının M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” mənzum nağılı əsasında əl kuklalarının vasitəsilə hazırladıqları nağıl-tamaşanı izləmiş, onlara ünvanlanmış tapmacaları bacarıqla cavablandırmış, kitabla bağlı şeirlər söyləmişlər. Sonda Nako Edu Klub Tədris Mərkəzinin müəllimi Rəna Quliyeva səmimi qarşılanmaya,uşaqlar üçün yaradılan şəraitə, maraqlı tamaşaya görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirmişdir.