SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ziyarət
08.09.2023-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları, Laçın rayonu M.İsmayılov adına Cicimli tam orta məktəbin müəllim heyəti və Sumqayıt şəhər N.Tusi adına 12 sayIı tam orta məktəbin 7e sinif şagirdlərinin birgə iştirakı ilə sentyabr ayında anadan olmuş II Qarabağ Müharibəsinin şəhidi, maxe Fərhad İlham oğlu Əliyevin əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər xiyabanına ziyarət etmişlər. İlk olaraq Şəhidlər Xiyabanın girişində olan 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Zəfər ağacı”nın önündə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Mərkəzi Uşaq Kitabxanasının multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova simvolik olaraq hazırlanmış bu ağac-abidə haqqında uşaqlara məlumat vermişdir. Sonra tədbir sözügedən şəhidin məzarı önündə davam etmişdir. Vətən müharibəsi şəhidi, maxe Fərhad Əliyevin qəhrəmanlığından söhbət açan Səbinə Qasımova onu da qeyd etdi ki, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən igidlər şanlı tarix yazaraq adlarını zəfər tarixinə həkk etdilər. Belə igidlərdən biri də qəhrəmanlığı ilə dillərə dastan olan, 44 günlük Vətən Müharibəsində şücaət göstərib, canını fəda edərək ən uca məqama şəhidlik zirvəsinə ucalmış, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmiş Fərhad İlham oğlu Əliyevdir. Ziyarət zamanı məktəblilər qəhrəmanın məzarı üzərinə tər qərənfillər düzərək ona böyük ehtiramlarını bildirmişlər. Eyni zamanda tədbir iştirakçıları Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidi Cavad Hüseynovun ailə üzvləri ilə görüşüb onların doğmalarına, anası Şəfiqə Ağayevaya adlarını Vətən tarixinə qızıl hərflərlə yazan şəhidlərimizi daim hörmət və ehtiramla yad edildiyini, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olduğunu söyləyərək , yaxınlarına səbr arzulayıblar. Sonda çıxış edən Laçın rayon M.İsmayılov adına Cicimli tam orta məktəbin kitabxana müdiri İlhamə Məmmədova və uşaq birliyinin rəhbəri Şükufə Məmmədova bu cür xatirə günlərinin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq qeyd etmişlər ki, yetişən hər bir gənc nəsil öz qəhərmanını tanımalı və onu yaşatmalıdırlar.